Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
Lider “Sabah” “Qəbələ”ni qəbul edib. Masazırda keçirilən oyunda meydan sahibləri darmadağına seviniblər
Daha öncə keçirilən “Şamaxı” – “İmişli” (0:0), “Karvan-Yevlax” – “Sumqayıt” (1:1) və “Zirə” – “Kəpəz” (2:2) matçlarında qalib müəyyənləşməyib. “Qarabağ” “Araz-Naxçıvan”a (6:0), “Turan Tovuz” isə “Neftçi”yə (1:0) qalib gəlib.
Misli Premyer Liqası
23-cü tur
10 mart
“Sabah” – “Qəbələ” 7:1
Qollar: Coy Lens Mikels, 11; 32. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Jesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 - Adriel Ba Lua, 87.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
“Bank Respublika Arena”, 19:15.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 24. İsmael Akinade, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumu.
Baş məşqçi: Kaxaber Sxadadze.