AZ

Novruz gəlir Bu məhsullar bahalaşacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Novruz bayramı yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Bayram süfrəsinin əsas atributları olan quru meyvələr, çərəzlər, şirniyyat məhsulları və bəzi kənd təsərrüfatı məhsullarına tələbatın artması qiymətlərə də təsir edir. Bəs görəsən, qarşıdan gələn Novruz bayramı ərəfəsində daha çox hansı məhsullar bahalaşa bilər?Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a bildirib ki, Novruz bayramı ərəfəsində bazarda tələbatın artması bir sıra ərzaq məhsullarının qiymətində yüksəlişə səbəb ola bilər:“Bayram süfrəsi üçün ən çox istifadə olunan məhsullara tələbat çoxaldığı üçün satıcılar qiymətləri artırmağa meylli olur. Bəzi hallarda qiymətlər orta hesabla 10-25 faiz aralığında yüksələ bilər.  Ən çox bahalaşan məhsullar adətən çərəzlər və quru meyvələr olur. Qoz, fındıq, badam, püstə, eləcə də iydə, innab və xurma kimi məhsullara Novruz süfrəsində geniş yer verildiyi üçün onların qiymətləri bayrama yaxın günlərdə yüksələ bilir. Bazarlarda bu məhsulların qiymətinin həm tələbatın artması, həm də bəzi hallarda məhsul qıtlığı səbəbindən dəyişdiyi qeyd olunur. Bayram günlərində ət və ət məhsullarında da müəyyən bahalaşma müşahidə oluna bilər. İnsanlar bayram süfrəsi üçün daha çox ət məhsulları aldıqları üçün bu kateqoriyada qiymətlərin yüksəlməsi tez-tez rast gəlinən haldır”.O qeyd edib ki, yumurta, şəkər tozu və un məmulatlarına da tələbat artır və bu da qiymətlərə təsir edə bilər:“Meyvə və bəzi tərəvəzlərin qiyməti də bu dövrdə yüksələ bilər. Bayram süfrəsində istifadə olunan alma, armud, portağal, mandarin və digər meyvələrə tələbat artdığı üçün bazarda qiymətlərdə dəyişiklik müşahidə olunur.  Novruz bayramı ərəfəsində qiymət artımı əsasən tələbatın sürətlə yüksəlməsi ilə bağlı olur. İnsanlar bayram süfrəsini daha bol və zəngin hazırlamağa çalışdıqları üçün bazarda alıcılıq aktivləşir və bu da müəyyən məhsulların bahalaşmasına səbəb olur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
49
demokrat.az

10Mənbələr