ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xarici mediada yayılan iddialara görə, ABŞ kəşfiyyatı İranın zənginləşdirilmiş nüvə ehtiyatlarını ələ keçirmək məqsədilə xüsusi əməliyyat qrupu göndərməyi nəzərdən keçirir. İddialara əsasən, həmin qrupun məqsədi bu ehtiyatları gizli şəkildə ələ keçirməkdir.
Belə bir əməliyyatın həyata keçirilməsi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən hərbi ekspert Emin Həsənli bildirdi ki, Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsi zamanı bunu bir ilə, maksimum il yarıma əldə etdi:
"SSRİ də 1945-ci ildə Yaponiyanın atom bombası istifadə etdiyini görəndən sonra bu istiqamətdə tapşırıq verdi və 1949-cu ildə artıq nüvə silahına sahib oldu. İran isə 20 ildən artıqdır ki, nüvə danışıqları aparır, amma hələ də ortada konkret nəticə yoxdur. Üstəlik, bu proses artıq XXI əsrin texnologiyaları dövründə baş verir. Halbuki həmin dövrdə, yəni XX əsrin ortalarında bu texnologiya tamamilə yeni idi. Hazırda isə bu texnologiya artıq doqquz ölkədə mövcuddur. İranın bu prosesi niyə bu qədər uzatdığı isə aydın deyil. Hesab edirəm ki, yayılan məlumatların böyük hissəsi informasiya müharibəsinin tərkib hissəsidir. O qədər dezinformasiya yayılır ki, sonradan məlum olur, bu məlumatların bir çoxu həqiqəti əks etdirmir və ya informasiya savaşı məqsədilə qəsdən yayılıb. Bu müharibədə də biz bunu açıq şəkildə görürük və gələcəkdə də bu metoddan istifadə ediləcək. Hətta dövlət başçıları belə müharibə zamanı bəzən yanlış məlumatlar səsləndirirlər".
Nuriyyə NATİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.