AZ

İranın nüvə silahı əldə etməsi Tramp üçün “qırmızı xətt”dir -Uitkoff

İsrailin cəmi bir nüvə bombası ilə məhv edilə biləcəyini bildirən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, məhz buna görə İranın nüvə silahı əldə etməsi ABŞ Prezidenti Donald Tramp üçün “qırmızı xətt” sayılır.

Redaktor.az xəbər verir ki, o, bu fikirləri CNBC telekanalına müsahibəsində səsləndirib.

“İsrail elə bir ölkədir ki, bir bomba ilə məhv edilə bilər. Bir bomba — və hər şey bitər. Məhz buna görə bu məsələ İsrail üçün ekzistensial əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Uitkoff vurğulayıb ki, Tehran nümayəndələrinin zənginləşdirilmiş uran ehtiyatlarına malik olduqlarını bildirməsindən sonra ABŞ hərbi əməliyyata başlamaq qərarı verib. Onun sözlərinə görə, həmin ehtiyatlar “çirkli” atom bombasının hazırlanmasında istifadə oluna bilərdi.

Xədicə BAXIŞLI

Seçilən
50
1
redaktor.az

2Mənbələr