AZ

Binada mənzil alarkən bu iki məqama diqqət edin Yoxsa, sizə aid yeri başqasına satacaqlar

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni tikilən yaşayış binalarının altındakı avtodayanacaq yerləri satışa və kirayəyə təklif olunur. Lakin bir çox hallarda bu obyektlər üzrə ayrıca mülkiyyət sənədi təqdim edilmir və buna baxmayaraq yüksək qiymətlərlə realizə olunur. Eyni zamanda, onların kirayə haqları da bazar göstəricilərinə nisbətən yüksək müəyyən edilir.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə yeni tikili binalar əsasən iki hüquqi formada fəaliyyət göstərir: “MTK və MMC. MTK - Mənzil Tikinti Kooperativi deməkdir. Bu halda binaya aid bütün hissələr - həyət, həyətyanı sahələr, qurğular, avadanlıqlar, ümumi giriş-çıxış sahələri, eləcə də qaraj yerləri MTK-nın ümumi əmlakı hesab olunur. Ümumi əmlak olduğu üçün həmin sahələr üzərində sərəncam MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Yəni hansısa sahənin satılması, icarəyə verilməsi və ya başqa formada istifadəyə təqdim olunması yalnız ümumi qərarla mümkündür. Tikinti şirkətləri isə burada birbaşa sahib kimi deyil, daha çox MTK-nın rəhbərliyi, sədri və ya onu təsis edən şəxs qismində çıxış edirlər və bu məsələləri sakinlərlə birbaşa deyil, kooperativ mexanizmi vasitəsilə həll edirlər. MMC modelində isə vəziyyət fərqlidir. Binada mülkiyyətçilər birliyi (mütərəkkib cəmiyyət) yaradılmayıbsa və bina tam təhvil verilməyibsə, binanın bütün hissələri MMC-yə məxsus sayılır. Bu halda MMC həmin sahələri istədiyi kimi idarə edə, icarəyə verə və ya sata bilər”. O deyib ki, çıxarış məsələsində isə əgər bina istismara qəbul olunmayıbsa və qəbul aktı yoxdursa, təbii olaraq çıxarış da olmur:“Bu zaman tikinti şirkəti öz nizamnaməsi əsasında fəaliyyət göstərir. Əgər bina MMC formasındadırsa, şirkət bu sahələr üzərində sərbəst qərar verə bilər. Lakin MTK-dırsa, əvvəlcə həmin yerlər bina sakinlərinə elan edilməlidir, komissiya yaradılmalı və qərar ümumi yığıncaqda qəbul olunmalıdır. Hətta satış məsələsində qiymət təklifləri də nəzərə alına bilər, lakin proses şəffaf və ümumi qərar əsasında aparılmalıdır. Mülkiyyət sənədi olmadan da müqavilə əsasında satış mümkündür. Necə ki, istismara qəbul olunmamış binalarda mənzillər müqavilə ilə satılır, eyni qaydada qaraj yerləri də müqavilə ilə satıla bilər. Sonradan vətəndaş müvafiq quruma, məsələn ASAN xidmətə müraciət edərək çıxarış ala bilər. MMC olduğu halda binaya ümumi bir çıxarış alınır, daha sonra həmin çıxarış paylara bölünür, qaraj sahəsi ayrılır və istənilən şəxsə satıla bilər. Yəni MMC qarajı kənar şəxsə də sata bilər. MTK-da isə bu mümkün deyil. MTK qaraj yerlərini yalnız bina sakinlərinə, yəni kooperativ üzvləri və mülkiyyətçilər arasında sata bilər. Bunun üçün də əvvəlcədən elan verilməli, məsələn müəyyən qaraj yerlərinin satışa çıxarıldığı bildirilməlidir. Ən yaxşı halda ilkin qiymət müəyyən edilərək təkliflər toplana və ya hərrac keçirilə bilər. Lakin burada əsas prinsip ondan ibarətdir ki, həmin yerlər ilk növbədə sakinlərə təklif olunmalı və qərar bərabərlik prinsipi əsasında qəbul edilməlidir”. Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
demokrat.az

1Mənbələr