AZ

Mövsümi allergiya zamanı necə nəfəs almaq lazımdır? - ARAŞDIRMA


Mövsümi allergiya zamanı nəfəs almağı asanlaşdıran sadə üsullardan biri saqqız çeynəmək ola bilər.
Gender.Az Redaktor.az-a istinadla xəbər verir ki, bu barədə həkim Tim Mercer "The Daily Express" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, saqqız çeynəmək tüpürcəyin ifrazını artırır və insanın daha tez-tez udqunmasına səbəb olur. Bu proseslər isə burun keçidlərinin qismən allergenlərdən təmizlənməsinə kömək edərək burun tutulmasını azalda və nəfəs almağı bir qədər asanlaşdıra bilər.
Mütəxəssis qeyd edib ki, bu üsul xüsusilə polen allergiyası (pollinoz) olan insanlar üçün faydalı ola bilər. Pollinoz immun sisteminin bitkilərin tozcuqlarına reaksiyası nəticəsində yaranan allergik xəstəlikdir. Xəstəlik əsasən burun tutulması, asqırma, qaşınma və gözlərin yaşarması kimi əlamətlərlə müşahidə olunur.
Tim Mercer əlavə edib ki, allergiya simptomları çox vaxt gecə saatlarında daha da güclənir. Bunun səbəbi gecə vaxtı allergik reaksiyada iştirak edən histamin maddəsinin səviyyəsinin artmasıdır. Bundan əlavə, gün ərzində tozcuqlar saçda, paltarda və yataq dəstlərində toplanaraq yatmazdan əvvəl asqırma, burun axması və göz qıcıqlanmasını gücləndirə bilər.
Həkim vurğulayıb ki, saqqız çeynəmək allergiyanın tam müalicəsi sayılmır və onu digər tədbirlərlə birlikdə tətbiq etmək daha məqsədəuyğundur. O, həmçinin iltihabəleyhinə və antihistamin xüsusiyyətlərə malik yaşıl çay içməyi, eyni zamanda allergik reaksiyaları gücləndirə bilən spirtli içkilərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.

Nuriyyə NATİQQIZI

Seçilən
90
2
gender.az

3Mənbələr