AZ

Trampın nümayəndəsi İranla dialoq barədə danışıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Birləşmiş Ştatlar İranla dialoqa hazırdır, lakin Tehranın diplomatik həll yolu əldə etmək istəyinə şübhə ilə yanaşır.

Oxu.Az xəbər verir ki, Uitkoff bu barədə CNBC-yə müsahibəsində bildirib.

"Prezident Donald Tramp dialoqa açıq olduğunu bildirib. Lakin sual danışıqlarımız zamanı olduğu kimi qalır: onlar həqiqətənmi diplomatik həll yolu əldə etmək istəyirlər? Faktlar isə göstərir ki, açıq-aydın yox", - deyə o vurğulayıb.

İranla müharibənin nə vaxt və hansı şəraitdə bitə biləcəyi ilə bağlı sualı cavablandıran Uitkoff qeyd edib:

"Bilmirəm. Bildirim odur ki, ABŞ prezidentinin "qırmızı xətləri" var, İranın nüvə silahına malik olmaması ilə bağlı aydın məqsədi var".

O həmçinin Vaşinqtonun İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə münasibətini şərh edib. "Əgər o, atası kimidirsə, bu bizim üçün problemlidir", - deyə Uitkoff vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
oxu.az

1Mənbələr