AZ

Təl-Əviv yaxınlığında peyk rabitə mərkəzi məhv EDİLDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu Təl-Əvivin cənubunda yerləşən mühüm rabitə obyektinin məhv edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahı məlumat yayıb. Bildirilib ki, hadisə “Gerçək Vəd 4” əməliyyatının otuz üçüncü dalğası çərçivəsində həyata keçirilən hücum nəticəsində baş verib.

Məlumata görə, hücum zamanı Təl-Əvivin cənubunda yerləşən “Haela” peyk rabitə mərkəzi hədəfə alınaraq məhv edilib. İran tərəfi bu obyektin rabitə və koordinasiya baxımından strateji əhəmiyyət daşıdığını iddia edir.

Sara

Seçilən
49
nocomment.az

1Mənbələr