AZ

“Çelsi”nin futbolçusu iki klubun gündəmində

“Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos yayda klubunu dəyişə bilər.

İdmanxeber.az xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçu üçün gələcək təklifləri dinləməyə hazırdır. Baş məşqçi Liam Rosenior onu bəyənsə də, klub rəhbərliyi Santosu toxunulmaz hesab etmir.

Hazırda “Mançester Yunayted” futbolçunun əsas namizədlərindən sayılır. “Yuventus” da onun durumunu yaxından izləyir. Santosun taleyinə yay transfer pəncərəsində aydınlıq gələcək.

Seçilən
59
idmanxeber.az

1Mənbələr