AZ

Azərbaycanın U-20 futbol millisinə yeni baş məşqçi təyin edilib

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifə Rui Jorgeyə tapşırılıb.

Portuqaliyalı mütəxəssisin yığmanın baş məşqçisi postuna namizədliyi AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında müzakirəyə çıxarılaraq təsdiq edilib. Hüquqi prosedurlar tamamlandıqdan sonra təyinat rəsmiləşib.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.

Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illərdə həmin klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının sükanı arxasına gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Seçilən
17
12
90deqiqe.az

10Mənbələr