AZ

İsfahandakı hücumun yeni detalları: Rus konsulluğu zərər gördü

İranın İsfahan şəhərində yerləşən Rusiyanın Baş Konsulluğu martın 8-də şəhərə edilən hücum zamanı zərər görüb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, hücum nəticəsində konsulluq binasında müəyyən ziyan yaranıb. Bununla belə, hadisə zamanı diplomatik nümayəndəliyin əməkdaşları və ya digər şəxslər arasında ölən və ya ağır yaralanan olmayıb.

Rusiya XİN vurğulayıb ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyi beynəlxalq hüquqla qorunur və belə hadisələr ciddi narahatlıq doğurur.

 

Musavat.com

Seçilən
87
musavat.com

1Mənbələr