İsrail mediasında İranla müharibənin gedişi ilə bağlı diqqətçəkən qiymətləndirmə yayımlanıb.
Musavat.com xəbər verir ki, Ynet nəşri mənbələrə istinadən müharibənin ən azı iki həftə daha davam edə biləcəyini yazıb.
Məlumata görə, İsraildə müharibənin ilk günlərində yaranan eyforiya artıq məyusluqla əvəz olunub. Gözləntilərin əksinə olaraq İran hakimiyyəti sabitliyini qoruyur və ölkə daxilində genişmiqyaslı üsyan ssenarisi real görünmür.
Nəşr bildirir ki, bəzi dairələrdə İran rejiminin qısa müddətdə devriləcəyi ilə bağlı ümidlər var idi. Lakin hazırkı vəziyyət bu ehtimalların doğrulmadığını göstərir.
Mənbələrin sözlərinə görə, kampaniyanın nə vaxt başa çatacağı ilə bağlı son qərarı ABŞ prezidenti Donald Tramp verə bilər. Vaşinqtonun strateji qərarları regiondakı hərbi əməliyyatların müddətinə birbaşa təsir göstərəcək.
Musavat.com