Yaxın Şərqdə müharibənin fonunda Birləşmiş Ərəb Əmirliklərinin iri şəhərlərinə raket və pilotsuz aparat hücumlarının gözdən qaçan qurbanları da var – ev heyvanları.
Məlumatlara görə, bu şəhərlərdə həyat quran və müharibənin genişlənməsi təhlükəsi səbəbindən ölkəni tərk etməyə məcbur qalan xarici vətəndaşların bəziləri uzun və çətin prosedurlara görə ev heyvanlarını özləri ilə aparmırlar.
Bir çoxu heyvanlarını sığınacaqlara təhvil verməyə çalışsa da, bəziləri pişik və itlərini küçələrdə tərk edirlər.
Dubayda fəaliyyət göstərənThe Barking Lot heyvan baxım xidmətinin sahibi Aditi Gouri The Telegraphnəşrinə açıqlamasında bildirib ki, sığınacaqlar hazırda həddindən artıq doludur.
Ölkədə fəaliyyət göstərən baytarlar da ev heyvanlarını üçün yer axtaran sahiblərin müraciətlərinin kəskin artdığını bildirirlər. Eyni zamanda, heyvanların evtanaziyası ilə bağlı müraciətlərin sayının da artdığı qeyd olunur.
Sosial şəbəkə qruplarında sahibləri tərəfindən tərk edilmiş heyvanlarla bağlı yüzlərlə paylaşım var. Bəzi itlər küçələrdə dirəklərə bağlanmış vəziyyətdə tapılır.
Six Hounds adlı heyvan sığınacağının sahibi Anso Stander bildirib ki, təkcə bir gün ərzində tərk edilmiş heyvanlarla bağlı 27 mesaj alıb. Onun sözlərinə görə, bəzi hallarda heyvanlar Oman sərhədinə yaxın səhrada tərk edilir, çünki onların sərhəddən keçirilməsinə icazə verilmir.
Münaqişə zonalarında heyvanların müdafiəsi ilə məşğul olanWar Pawsxeyriyyə təşkilatının rəhbəriLouise Hastie isə bildirib ki, varlı bir şəhər olan Dubayda bu qədər heyvanın tərk edilməsi anlaşılmazdır.
Ekspertlər qeyd edir ki, BƏƏ-də ev heyvanlarının tərk edilməsi problemi yeni deyil. Ölkə əhalisinin böyük hissəsini xarici vətəndaşlar təşkil edir və onlar çox vaxt ölkəni tərk edərkən heyvanlarını geridə qoyur.
Röya Əliyeva
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta