AZ

IEA bazarın sabitləşdirilməsi üçün ehtiyatlardan rekord həcmdə neft buraxmağı təklif edib

BAKI, 11 mart. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft bazarında sabitliyi təmin etmək üçün ehtiyatlardan rekord həcmdə neft buraxmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, agentlik dünya bazarlarında yaranmış gərginlik fonunda strateji neft ehtiyatlarının geniş miqyasda istifadəyə verilməsini təklif edib. Bu addımın əsas məqsədi enerji bazarındakı qiymət dalğalanmalarını azaltmaq və təchizatda mümkün çatışmazlıqların qarşısını almaqdır.

Qeyd olunur ki, söhbət ehtiyatlardan indiyədək ən böyük həcmdə neftin buraxılmasından gedir. Bu təşəbbüsün qlobal enerji bazarındakı vəziyyəti sabitləşdirməyə kömək edə biləcəyi bildirilir.

Seçilən
61
teleqraf.com

1Mənbələr