AZ

Afrika ölkələri Avropadan "qul təzminatı" tələb edirlər

Afrika ölkələri Avropadan "qul təzminatı" tələb edirlər

Afrika İttifaqına (Aİ) üzv dövlətlər qul ticarətinə görə Qərbi Avropa ölkələrini BMT-nin Beynəlxalq Məhkəməsinə verməyi planlaşdırır.

AFN.az "The Daily Telegraph"a istinadən xəbər verir ki, Afrika dövlətləri transatlantik qul ticarətini "insanlığa qarşı cinayət" hesab edərək Böyük Britaniya, İspaniya, Portuqaliya və Fransadan təzminat tələb etmək niyyətindədirlər. Afrika İttifaqının hüquq məsləhətçisi, hakim Martin Okumu Masiqa tarixi cinayətlərə görə kompensasiya ödənilməsi ilə bağlı Almaniyanın Holokost, ABŞ-ın isə İkinci Dünya müharibəsi zamanı internasiya edilmiş yapon mənşəli amerikalılar üçün ödədiyi vəsaitləri presedent kimi göstərib.

Son illərdə Karib hövzəsi ölkələri də XVII-XVIII əsrlərdə Londonun apardığı qul ticarətinə görə Böyük Britaniyadan təzminat tələblərini aktivləşdiriblər. 2024-cü ilin oktyabrında Samoada keçirilən Millətlər Birliyi sammitində bu mövzuda müzakirələrin başlanması barədə kommünike qəbul edilib.

"Brattle Group" konsaltinq şirkətinin və Beynəlxalq Məhkəmənin hakimi Patrik Robinsonun iştirakı ilə hazırlanan hesabata əsasən, transatlantik qul ticarətinə görə 30-dan çox ölkə təzminat gözləyə bilər; sənəddə təkcə Böyük Britaniyanın ödəməli olduğu məbləğin 24 trilyon dollar olduğu qeyd edilir. Bu məbləğ Britaniyanın illik ÜDM-indən dəfələrlə çoxdur və Londonun rəsmi mövqeyi hələlik təzminat ödənilməsinə qarşıdır.

Seçilən
99
afn.az

1Mənbələr