AZ

Pulla sosial müavinət təyin edən qadın saxlanıldı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağsuda özünü rəsmi qurumun əməkdaşı kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edən 31 yaşlı qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində onlayn yolla fırıldaqçılıq edən Xəyalə Kərimovanın fəaliyyətinə son qoyulub.Məlum olub ki, Xəyalə Kərimova "toruna saldığı" şəxslərə dövlət dəstəyi ilə bağlı cəlbedici, lakin yalan vədlər verib. O, əvvəlcədən ödəniş müqabilində insanları sosial müavinətlərlə təmin edəcəyini və güzəştli mənzil sahibi edəcəyini deyərək onları inandırıb. Vətəndaşlar rəsmi kömək ümidi ilə pullarını onlayn qaydada fırıldaqçıya ötürüblər.Bu üsulla insanların 8 min manatdan çox vəsaitini ələ keçirən qadın barəsində cinayət işi başlanılıb. Hazırda polis hadisənin digər təfərrüatlarını və zərərçəkmişlərin tam siyahısını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
127
1
demokrat.az

2Mənbələr