AZ

İsveçrənin Kerzers şəhərində avtobusda baş verən yanğında altı nəfər ölüb

İsveçrənin qərbindəki Kerzers şəhərində avtobusda baş verən yanğın nəticəsində azı altı nəfər həlak olub, daha üç nəfər isə xəstəxanaya yerləşdirilib.

"Far.Az" xəbər verir ki, bu barədə AP yerli polisə istinadən məlumat yayıb.

Polis nümayəndəsi Frederik Paponun sözlərinə görə, qəsdən törədilmiş akt versiyası nəzərdən keçirilir, lakin yekun nəticələr istintaq başa çatdıqdan sonra çıxarılacaq.

Yanmış avtobus milli poçt xidmətinin strukturuna daxil olan "PostBus" şirkətinə məxsus olub. İsveçrə KİV-ləri nəqliyyat vasitəsinin tamamilə alova büründüyünü göstərən kadrlar yayımlayıb.

"Hadisə yerinə gələn xilasetmə xidmətləri avtobusu tamamilə alov içində aşkarlayıblar", - regional hökumətin bəyanatında bildirilir.

Polisin məlumatına görə, ağır xəsarət alan üç zərərçəkmiş xəstəxanalara çatdırılıb, daha iki zərərçəkmişə isə yerindəcə yardım göstərilib.

Prokurorluq araşdırmaya başlayıb.

Seçilən
124
far.az

1Mənbələr