AZ

Səudiyyə Ərəbistanı İranın beş PUA-sını vurduğunu açıqlayıb

Səudiyyə Ərəbistanı İranın beş PUA-sını vurduğunu açıqlayıb

Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri İrandan krallıq ərazisinə doğru buraxılan beş döyüş pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İran PUA-larını Əl-Xərc vilayətinin şərq hissəsində aşkar edərək zərərsizləşdirib.

Hərbi idarənin bəyanatında qeyd olunur ki, hədəflər yaşayış məntəqələrinə çatmadan havada məhv edilib. Bu hadisə regionda gərginliyin artdığı və tərəflər arasında qarşılıqlı hərbi zərbələrin davam etdiyi bir dövrə təsadüf edir.

Xatırladaq ki, son günlərdə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri bir neçə dəfə ballistik raket və PUA hücumlarının qarşısını uğurla alıb. Nazirlik krallığın sərhədlərinin etibarlı şəkildə qorunduğunu vurğulayır.

Seçilən
99
16
afn.az

10Mənbələr