AZ

BMT TŞ Rusiyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsini səsverməyə çıxarır

BMT TŞ Rusiyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsini səsverməyə çıxarır

BMT Təhlükəsizlik Şurasında Rusiyanın təklif etdiyi və Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına çağıran qətnamə layihəsi üzrə səsvermə çərşənbə günü (Bakı vaxtı ilə martın 12-nə keçən gecə) keçiriləcək.

AFN.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin mətbuat katibi Yevgeni Uspenskinin verdiyi məlumata görə, səsvermə Nyu-York vaxtı ilə saat 15:00-dan (Bakı vaxtı ilə saat 00:00-dan) sonra baş tutacaq. Rusiyanın sənədindən dərhal əvvəl isə Bəhreyn tərəfindən hazırlanmış digər bir layihə səsə qoyulacaq.

Rusiyanın təqdim etdiyi sənəddə Yaxın Şərqdə artan gərginlikdən dərin narahatlıq ifadə olunur və bölgədəki döyüşlər nəticəsində insanların faciəvi şəkildə həlak olmasından təəssüf hissi keçirildiyi bildirilir. Layihədə bütün tərəflərə güc tətbiqini dərhal dayandırmaq, danışıqlar masasına qayıtmaq, mülki əhalinin və mülki infrastrukturun müdafiəsini təmin etmək çağırışı yer alıb.

Bəhreynin hazırladığı qətnamə layihəsində isə İranın ABŞ və İsrailin hücumlarına verdiyi hərbi cavabların pislənməsi nəzərdə tutulur. Bu iki ziddiyyətli layihənin eyni gündə müzakirəyə çıxarılması beynəlxalq birliyin Yaxın Şərq böhranına yanaşmasındakı dərin fikir ayrılıqlarını bir daha nümayiş etdirir.

Seçilən
116
afn.az

1Mənbələr