AZ

Arximedin itmiş əlyazması tapıldı

Fransalı tədqiqatçı Viktor Gisem­ber uzun illər itmiş hesab olunan nadir bir əlyazma vərəqini aşkar edib.
 
Moderator.az xəbər verir ki, məlumat phys.org saytına istinadən yayımlanıb.
 
Tapılan vərəq məşhur "Arximed palimpsesti"nin 123-cü səhifəsidir. Bu əlyazma orta əsrlərdən günümüzə çatmış ən qiymətli elmi mətnlərdən biri hesab olunur.
 
Palimpsest X əsrdə, təxminən 950-ci ildə Bizansda naməlum bir katib tərəfindən hazırlanmış perqament kodeksidir. Burada qədim yunan alimi Arximedin əsərlərinin surətləri, o cümlədən başqa mənbələrdə qorunub saxlanmayan bəzi mətnləri də yer alır. Əlyazmanın əsas hissəsi hazırda ABŞ-də yerləşən Baltimor Uolters İncəsənət Muzeyində saxlanılır, lakin əsrlər ərzində üç vərəq itib.
 
Tapılan səhifə ilk baxışda dua kitabına bənzəyir. Orta əsrlərdə katiblər köhnə mətnləri qismən silərək perqamenti yenidən istifadə edir və üzərinə xristian duaları yazırdılar. Bu cür yenidən yazılmış əlyazmalar palimpsest adlanır.
 
Əlyazma vərəqinin Fransadakı muzeyə necə düşdüyü isə hələlik məlum deyil. /oxu.az/
 
Seçilən
45
1
moderator.az

2Mənbələr