AZ

USTDA Azərbaycanda zəruri infrastrukturun inkişafı imkanını nəzərdən keçirir - Regional direktor (ÖZƏL MÜSAHİBƏ)

Vaşinqton. Trend:

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanda zəruriinfrastruktur layihələrinin reallaşdırılması və ABŞ şirkətlərininsınaqdan keçirilmiş innovativ texnologiyalarının tətbiqiimkanlarını araşdırır.

Bu barədə Trend-əözəl müsahibəsində USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa vəAvrasiya üzrə regional direktoru Karl Kress VaşinqtondaABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuşABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsindəbildirib.

“Bizim fəaliyyətimiz xarici infrastruktur layihələri üçünkapitalın səfərbər edilməsinə kömək edir və eyni zamanda Amerikaşirkətləri üçün ixrac imkanları yaradır. Bu model yüksəksəmərəliliyini sübut edib. Biz ona görə belə nəticələrə nail oluruqki, tərəfdaşlarımıza rəqiblərin texnologiyaları əvəzinə Amerikatexnologiyalarını seçmək imkanı yaradırıq. İnfrastrukturla bağlıyeni tərəfdaşlıqların təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığıngenişlənəcəyinə ümid edirik”, – deyə Kress qeyd edib.

O əlavə edib ki, son illərdə USTDA Azərbaycanda çox fəal olmasada, agentliyin ölkə ilə məhsuldar əməkdaşlıq tarixi var:

“Məsələn, 2013-cü ildə USTDA Azərbaycanda böyük peyk layihəsinədəstək verib. Azerspace-2 peyki 2019-cu ilin fevralından uğurlafəaliyyət göstərir. Bundan əlavə, USTDA Bakı–Tbilisi–Ceyhan (BTC)neft kəmərinin tikintisinə də əhəmiyyətli dəstək göstərib və bukəmər hələ də Azərbaycan neftini dünya bazarlarına çatdırır”.

Kress qeyd edib ki, fevralın 11-də Bakıda Azərbaycan Prezidentiİlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindənimzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regional əlaqəliliyininkişafı istiqamətində birgə fəaliyyətə ABŞ-nin sadiqliyinitəsdiqləyir. Buraya Transxəzər Ticarət Marşrutunun – Orta Dəhlizinmühüm hissəsinə çevriləcək multimodal “Beynəlxalq Sülh və Rifahüçün Tramp Marşrutu”nun yaradılması da daxildir.

“ABŞ–Azərbaycan Xartiyası həmçinin enerji sahəsinəinvestisiyalara, eləcə də süni intellekt və rəqəmsal texnologiyalarsahəsində tərəfdaşlığa, o cümlədən süni intellekt üçün məlumatmərkəzlərinin yaradılmasına diqqət yetirir. USTDA-nın alətləri buvə digər sektorlarda yeni infrastruktur layihələrinin həyatakeçirilməsinə kömək edə bilər. Bakıda keçirdiyimiz son görüşlərəsasən energetika və rəqəmsal infrastruktur mövzularına həsrolunmuşdu. Zəruri əhəmiyyətli mineralları da nəzərə alaraq, məhz busahələrdə Azərbaycanın dövlət və özəl strukturları ilə əməkdaşlıqüçün ən böyük potensialı görürük”, – deyə Kress bildirib.

O əlavə edib ki, infrastruktur sahəsinə birbaşa belə diqqətagentliyin missiyası ilə bağlıdır:

“Biz ABŞ hökuməti adından xaricdə kritik infrastrukturuninkişafı sahəsində öncüllərdən biriyik. USTDA infrastrukturlayihələrinin hazırlanmasını sürətləndirən ilkin planlaşdırmanımaliyyələşdirir. Buraya texniki-iqtisadi əsaslandırmalar, texnikiyardım və pilot layihələr daxildir. Bu addımlar perspektivliideyaların tərəfdaşlarımıza fayda gətirən və Amerika şirkətləriüçün ixrac imkanları yaradan etibarlı infrastruktur layihələrinəçevrilməsi üçün əsas rol oynayır”.

Kress həmçinin qeyd edib ki, USTDA iki ölkə arasında kommersiyaəlaqələrinin genişləndirilməsi yollarını tapmaq üçün Azərbaycanlafəal şəkildə əməkdaşlıq edir.

“Son iki ay ərzində USTDA nümayəndələri artıq iki dəfəAzərbaycana səfər ediblər və biz fəal şəkildə apreldə agentliyinölkəyə üçüncü missiyasını təşkil etməyi planlaşdırırıq. Layihələrinilkin planlaşdırılması alətlərimizin və tərəfdaşlıqların qurulmasıtədbirlərinin tətbiqi üçün vəziyyət həqiqətən münasib görünür.USTDA-nın əsas məqsədi həm ABŞ-nin, həm də xarici tərəfdaşlarımızınmaraqları naminə dünya səviyyəli, sınaqdan keçmiş Amerikainfrastrukturunun tətbiqini təşviq etməkdir. Bu isə Amerikaşirkətlərinin Azərbaycan üçün də prioritet olan infrastrukturlayihələrində iştirak etməsi üçün yeni imkanların yaradılmasıdeməkdir. Azərbaycanda xüsusilə enerji və rəqəmsal infrastruktursahələrində perspektivlər görürük, həmçinin zəruri əhəmiyyətliminerallar üzrə nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlıpotensial layihələri araşdırmaq istəyirik”, – deyə USTDA-nınregional direktoru bildirib.

Kress vurğulayıb ki, Azərbaycan zəngin enerji resurslarınamalikdir və bu da ABŞ ilə bu sahədə əməkdaşlığı tərəfdaşlığın təbiiistiqamətinə çevirir.

“Azərbaycan artıq neft-qaz sənayesində liderdir və bu, gələcəkəməkdaşlıq üçün geniş perspektivlər açır. Mülki nüvə enerjisinininkişafı və ya yeni boru kəmərlərinin tikintisi üzrə birgəişləməkdə ortaq maraqlarımız var. Enerji resurslarının bu bolluğuhəm də Amerika şirkətləri üçün Azərbaycanın rəqəmsalinfrastrukturunun inkişafına kömək edəcək texnologiyaların tətbiqiimkanları yaradır. Buraya məlumat mərkəzləri, süni intellektsektoru və kommunikasiya şəbəkələri daxildir. Belə ki, ölkə busahələrin əsasını təşkil edən etibarlı və zəngin enerjiresurslarına malikdir. Amerika şirkətləri enerji və rəqəmsaltexnologiyalar sahəsində lider mövqedədir və bu da birgə əməkdaşlıqüçün əla imkanlar yaradır”, – deyə o bildirib.

Regional direktor qeyd edib ki, Amerika şirkətləri Azərbaycandalayihələrdə iştirak etmək üçün çox əlverişli mövqedədirlər.

“Fevral ayında USTDA ABŞ Ticarət Palatasının tarixində ilk dəfətəşkil olunan ticarət missiyasına qoşuldu. Bu missiyada ABŞ-ninaparıcı şirkətlərindən ibarət böyük nümayəndə heyəti iştirak edirdivə artıq sonrakı addımlar üçün bir sıra perspektivli əlaqələryaranıb. USTDA həmçinin 2025-ci ilin sentyabrında ABŞ-AzərbaycanTicarət Palatası tərəfindən logistika və nəqliyyat imkanlarına həsrolunmuş möhtəşəm ticarət missiyasında iştirak edib. Məhz bu cürtədbirlər ölkələrimiz arasında kommersiya əməkdaşlığının inkişafınıstimullaşdırmaq üçün zəruridir”, – deyə Kress əlavə edib.

O vurğulayıb ki, yerli tərəfdaşlıqlar Azərbaycanın və regionunkommersiya əlaqələrinin inkişafında əsas rol oynayır və USTDA-nınalətləri məhz bu tərəfdaşlıqları dəstəkləmək üçün yaradılıb.

“USTDA-nın layihələrin hazırlanması ilə bağlı fəaliyyəti – ocümlədən texniki-iqtisadi əsaslandırmalar və ilkin mühəndislik vəlayihələndirmə tədqiqatları – amerikalı ekspertləri azərbaycanlılayihə təşəbbüskarları ilə bir araya gətirir. Bu, onların prioritetlayihələrinin həyata keçirilməsinə dəstək verir və digər layihələrüzrə uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Məsələn, USTDA builin sonlarında Avropa və Avrasiyada mülki nüvə enerjisinininkişafına həsr olunacaq tədbirdə iştirak etmək üçün Azərbaycanınmülki nüvə energetikası sektorunun rəhbərlərini dəvət etməyiplanlaşdırır. Bu tədbir onların Amerika texnologiyaları ilə tanışolmasına, ABŞ-dən olan potensial təchizatçılarla əlaqə qurmasına vəAzərbaycanda mülki nüvə energetikasının inkişaf planlarını təqdimetməsinə imkan yaradacaq. Bu cür tədbirlər tərəfdaşlıqların uğurlaqurulmasına və razılaşmaların əldə olunmasına kömək edir.

USTDA-nın daha bir aləti isə əks ticarət missiyalarıdır. Bumissiyalar Azərbaycan kimi ölkələrdən nümayəndə heyətlərini ABŞ-yədəvət etməyi nəzərdə tutur ki, onlar Amerika şirkətləri və hökumətnümayəndələri ilə görüşlər keçirə bilsinlər. Bu tədbirlər hədəfsektorlarda dayanıqlı tərəfdaşlıqların yaradılması üçün əla imkanyarada bilər”, – deyə Kress yekunlaşdırıb.

Məqalədə:
Seçilən
31
1
az.trend.az

2Mənbələr