AZ

Zar kəndinin su təminatı üçün 7 milyonluq tender keçirilir

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ (VÖEN – 1300300711) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisidir. Ehtimal olunan qiymət 7 181 133 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

Əlaqələndirici şəxs: Toğrul Quliyev - Satınalmalar və təminat sektorunun müdiri
[email protected]
+994 36 545 38 03

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.

Seçilən
35
fed.az

1Mənbələr