AZ

Çuğundurun möcüzəvi faydaları

Yüksək təzyiqə qarşı çuğundur yemək və ya çuğundur suyu içmək tövsiyə edilir.

Azreform.info bildirir ki, "The Daily Mirror" bu məhsulun faydaları haqqında məlumat verir.

Çuğundurun qan təzyiqinə birbaşa təsir etdiyi bildirilir. Məsələn, hipertoniyası olanlara pəhrizlərində duzu azaltmaq və mütəmadi olaraq banan yemək tövsiyə olunur. Çuğundur həmçinin qan təzyiqini aşağı salmağa kömək edir. Çuğundurun tərkibində nitrat adlanan bir maddə var ki, bu maddə orqanizm tərəfindən qan damarlarını genişləndirən azot oksidinə çevrilir.

Qeyd edilir ki, nəzərəçarpacaq təsir əldə etmək üçün gündə ən azı 250 millilitr çuğundur suyu içmək lazımdır. Bununla belə, onu içdikdən sonra qan şəkərinin səviyyəsi yüksələ bilər, ona görə də diabetli insanlar əvvəlcə həkimə müraciət etməlidirlər.

Elvin

Azreform.info

Seçilən
68
1
azreform.info

2Mənbələr