AZ

İshak Hersoq: ABŞ-ı İrandakı əməliyyata biz sövq etməmişik

İsrail ABŞ-ı İrana qarşı hərbi əməliyyat keçirməyə sövq etməyib.

AFN.az xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibəsində bildirib. Hersoq bu qərarın tamamilə ABŞ prezidenti Donald Trampa aid olduğunu vurğulayıb: "Onun hər hansı addım atması üçün İsrailin yönləndirməsinə ehtiyacı yoxdur".

İsrail prezidenti İrana qarşı hərbi əməliyyatların nə vaxt başa çatacağı ilə bağlı proqnoz verməyib. Bildirib ki, əsas diqqət müddətə yox, son nəticəyə yönəlməlidir. O, Qəzza zolağındakı münaqişə ilə İrandakı əməliyyatı vahid bir müharibənin hissələri kimi xarakterizə edib.

Hersoqun fikrincə, 7 oktyabr 2023-cü ildə başlayan bu proses hazırda "son fəslinə" qədəm qoyur və Yaxın Şərqin bütün konfiqurasiyasını köklü şəkildə dəyişir. O, həmçinin qeyd edib ki, bu mübarizə yalnız İsrailin yox, bütün azad dünyanın təhlükəsizliyi üçün əhəmiyyətlidir.


Seçilən
90
1
azia.az

2Mənbələr