AZ

“Bunu edirəmsə, deməli, acizəm“ Nazpəri Dostəliyeva

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Yaxşı mahnılar çoxdur, amma təqdim edənlər yoxdur. Yəni yaxşı ifaçı yoxdur".

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Günə uğurla" verilişində deyib.

Müğənni çox az sayda yaxşı oxuyan ifaçı olduğunu bildirib:

"Hansı qapını açırsan, müğənni çıxır. Amma insanların qəlbinə yol açan azdır. Mən özümə müğənni demirəm. Özümə yaxşı ifaçı, sənətkar deyirəmsə, deməli, qorxuram, acizəm, məni tərifləyən yoxdur və özüm-özümü tərifləyirəm. Bir kəs özünü tərifləyirsə, acizdir, qorxur. Əsl müğənnini xalq, millət ürəkdən sevib tərifləməlidir. Gördüyümüz işləri deyə bilərik, amma bu, tərif deyil. Gördüyüm işləri qoyuram ortaya, yaddaşları təzələyirəm ki, baxın. Kənarda gəlib oturub sənətkar olmamışam. Musiqi dünyası əyləncə məkanı deyil. Musiqi dünyası ağır, məsuliyyətli yoldur". (Axşam.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
6
moderator.az

7Mənbələr