Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin balansında olan L-39 “Albatros” təlim təyyarəsinin görüntülərini yayıb.
NOCOMMENT.az xəbər verir ki, adıçəkilən təyyarə hərbi pilotların ilkin və əsas təlimi, uçuş vərdişlərinin təkmilləşdirilməsi və döyüş tətbiqi hazırlığı üçün nəzərdə tutulmuş reaktiv təlim təyyarəsidir.
L-39 “Albatros”ların görüntülərini təqdim edirik.