AZ

Avtomobil yoldan çıxıb aşdı

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Seçilən
62
9
publika.az

10Mənbələr