AZ

Azərbaycan nefti 13 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dolları və ya 12,32 % azalaraq 90,34 ABŞ dolları təşkil edib.

Far.Az xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 87,94 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 12,77 ABŞ dolları və ya 12,88 % azalaraq 86,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Seçilən
48
49
far.az

10Mənbələr