AZ

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları zərbələr nəticəsində xəsarət alıb

Rusiyanın İrandakı konsulluğunun binası partlayış nəticəsində zədələnib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, 8 martda endirilən zərbələr nəticəsində Rusiyanın İsfahandakı konsulluğunun bir neçə əməkdaşı partlayış dalğasının təsirinə məruz qalıb.

Bununla belə, hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.

Zaxarova baş verənləri Vyana konvensiyasına zidd addım kimi qiymətləndirib.

Seçilən
96
apa.az

1Mənbələr