Metbuat.az xəbər verir ki, sarı-qırmızılı futbolçular “Beşiktaş” qalibiyyətinin ardından bir həftədə ikinci dəfə mükafat alacaqlar. Bu barədə “Qalatasaray” prezidenti Dursun Özbək açıqlama verib. Qələbə münasibətilə futbolçuları təbrik edən Özbək baş məşqçi Okan Burukun və oyunçuların alacağı məbləği açıqlayıb. Prezident deyib ki, Buruka 30 milyon türk lirəsi (təxminən 1,2 milyon manat) mükafat ödəniləcək.
“Liverpul” üzərindəki inamlı qələbə futbolçuların da üzünü güldürəcək. “Qalatasaray”lı futbolçular toplam 4,5 milyon avro mükafat alacaqlar.