AZ

Gürcüstan hökuməti müsəlman icması üçün iftar mərasimi təşkil edib

Gürcüstan hökuməti ölkədəki müsəlman icması üçün iftar mərasimi təşkil edib.

"Far.Az"un yerli bürosunun məlumatına görə, Baş nazir İrakli Kobaxidze tədbirə qatılaraq müsəlman icmasının Gürcüstan dövlətçiliyinin formalaşmasındakı mühüm roluna toxunub və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

"Bu il də sizi iftar süfrəsində görmək bizim üçün xüsusi şərəfdir. Bu görüş qardaşlığımızın, həmrəyliyimizin və qarşılıqlı ehtiramımızın sarsılmaz olduğunun növbəti təsdiqidir. Gürcüstandakı bütün müsəlmanları müqəddəs Ramazan ayı ilə bağlı səmimi qəlbdən təbrik edirəm. Yaxın günlərdə islam aləmi Ramazan bayramını qeyd edəcək. Bu, böyük birlik və qardaşlıq bayramıdır, Gürcüstan dövləti də bu sevinci sizinlə paylaşır", - deyə o vurğulayıb.

İrakli Kobaxidze eyni zamanda Gürcüstan məscidlərində müsəlmanların məzhəb ayrı-seçkiliyi olmadan birlikdə ibadət etməsinin ölkədə dini dözümlülüyün və birgəyaşayış ənənəsinin əhəmiyyətli göstəricisi olduğunu vurğulayıb.

Seçilən
77
far.az

1Mənbələr