AZ

Rekord həcmdə neft hasil etmək təklif olunur

Beynəlxalq Enerji Agentliyi (IEA) Yaxın Şərq münaqişəsi fonunda qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan rekord həcmdə neft buraxmağı təklif edir.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, bu həcm IEA ölkələrinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında buraxılan 182 milyon bareli keçəcək.

Təklif üzv ölkələrinin fövqəladə iclasında irəli sürülüb. Bu gün qərarın qəbul edilməsi gözlənilir. Əgər bütün 32 IEA ölkəsi tərəfindən dəstəklənərsə, bu, təsdiqlənəcək.

IEA üzv ölkələrində 1,2 milyard bareldən çox strateji neft ehtiyatı, eləcə də 600 milyon barel dövlətə məxsus sənaye ehtiyatı var.


Telegram kanalımız
Seçilən
84
yenisabah.az

1Mənbələr