AZ

İsfahanda Rusiya konsulluğunun əməkdaşları atəşə tutulub

Rusiya tərəfi münaqişə tərəflərini dərhal hərbi qarşıdurmaya son qoymağa və danışıqlar masasına qayıtmağa çağırır.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İrandakı Rusiya konsulluğunun bir neçə əməkdaşı atəş nəticəsində yaralanıb.

O qeyd edib ki, hadisə 8 martda İsfahan şəhərində eyni adlı əyalətin yaxınlıqdakı qubernatorluğuna edilən hücum nəticəsində baş verib.

"Ofis binasında və yaşayış mənzillərində pəncərələr sındırılıb, bir neçə işçi partlayış dalğası nəticəsində geri atılıb. Xoşbəxtlikdən, heç bir itki və ya ciddi xəsarət alan olmayıb", - deyə o, aydınlıq gətirib.

Moskva diplomatik və konsulluq nümayəndəliklərinə edilən hücumları 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası kimi beynəlxalq hüququn fundamental sənədlərinin kobud şəkildə pozulması hesab edir.

Zaxarova qeyd edib ki, "Biz bütün tərəflərdən diplomatik obyektlərin toxunulmazlığına ciddi şəkildə hörmət etmələrini və işçilərinin təhlükəsizliyinə, həyatına və sağlamlığına qəsd etməmələrini tələb edirik".

Rusiya tərəfi münaqişə tərəflərini dərhal hərbi qarşıdurmaya son qoymağa və danışıqlar masasına qayıtmağa çağırır.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
51
1
sia.az

2Mənbələr