AZ

Britaniya konsulu Azərbaycandakı missiyasını başa vurur

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı konsulu, səfirliyin siyasət şöbəsinin rəhbəri Edvard Kraymblın (Edward Crymble) ölkəmizdə diplomatik səlahiyyət müddəti başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, bu münasibətlə səfir Fergus Auld öz iqatmətgahında Edvard Kraymblın dostları üçün ziyafət təşkil edib.

Səfir Fergus Auld Edvard Kraymblın onun özü kimi Gəncədə Azərbaycan dilini öyrəndiyini və ölkəmizə bağlı bir şəxs olduğunu deyib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Öz növbəsində Edvard Kraymbl Azərbaycanda yaşadığı illərin xoş xatirələrlə dolu olduğunu deyib.

Azərbaycan mədəniyyətini və mətbəxini çox sevdiyini vurğulayan diplomat, Bakıda çoxlu dostlar qazandığını da bildirib.

Qeyd edək ki, britaniyalı diplomat bundan sonra Bəhreyn Krallığında çalışacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
icma.az

1Mənbələr