AZ

ABŞ li basketbolçudan tarixi göstərici

ain.az, Apasport saytına istinadən bildirir.

“Mayami Hit”in basketbolçusu Bam Adebayo “Vaşinqton Uizards”la oyunda tarixi performans göstərib.

Apasport.az xəbər verir ki, komandasının 150:129 hesablı qələbəsində 83 xal toplayan 28 yaşlı basketbolçu NBA tarixində bir oyunda ən çox xal qazanan ikinci oyunçu olub.

Adebayo matçı 83 xal, 9 ribaund, 3 assist, 2 top ələ keçirmə və 2 blokla başa vuraraq əvvəlki 41 xallıq şəxsi rekordunu xeyli yaxşılaşdırıb.

Bununla o, 2006-cı ildə 81 xal toplayan Kobe Brayantı geridə qoyub. NBA tarixində bir oyunda ən çox xal rekordu isə 1962-ci ildə 100 xal toplamış Uilt Çemberleynə məxsusdur.

Adebayo həmçinin 43 sərbəst atış cəhdi və bu atışlardan qazandığı 36 xalla liqa rekordlarını da yeniləyib.

Türkiyə Serbiyanı məğlub etdi

“Neftçi” baş məşqçi ilə yollarını ayırdı

Millimizin heyəti bəlli oldu

Millimizin heyəti bəlli olub

“Gəncə” ölkə kubokunun qalibi oldu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
1
apasport.az

2Mənbələr