AZ

Keçmiş aparıcı: Müctəba Xameneyi komadadır

Keçmiş
Sosial mediada və İran müxalifətinə yaxın mənbələrdə İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin səhhəti ilə bağlı iddialar yayılıb. 1news.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, onun son hava hücumları zamanı aldığı xəsarətlərdən sonra Tehranda xəstəxanaya yerləşdirildiyi iddia olunur.
İranın keçmiş xəbər aparıcısı Ehsan Kərəmi bildirib ki, Müctəba Xameneyi Tehrandakı “Sinay” xəstəxanasına yerləşdirilib və hazırda süni tənəffüs aparatına qoşulub. Onun sözlərinə görə, Xameneyi fevralın 28-də atası Əli Xameneyinin ölümü ilə nəticələndiyi bildirilən hava hücumları zamanı ağır yaralanıb və hələ də komadadır. E. Kərəmi iddia edir ki, Müctəba Xameneyi davam edən müharibənin başlanmasından və bombardman zamanı ailə üzvlərinin həlak olmasından xəbərsizdir. İran dövlət televiziyası xəstəxanaya yerləşdirilmə faktını təsdiqləməsə də, onu “Ramazan canbazı” adlandıraraq yaralandığını dolayısı ilə təsdiqləyib.

Qeyd edək ki, məsələ ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyib və yayılan məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Seçilən
15
1
1news.az

2Mənbələr