“Ciddi problem yoxdur".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi İmad Faraj deyib.
Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyuna sonadək davam edə bilməyən fransalı legioner zədəsinin ciddi olmadığını söyləyib:
“Sadəcə, qıcolma idi. Çox qaçdım, ona görə də oyunun son dəqiqələrində bir az qıcolma hiss etdim”.