AZ

Baharda doğulanlar (Cəfər Cabbarlı, İsmayıl Şıxlı, Salam Qədirzadə, Ənvər Əlibəyli)

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Turan Uğur

AYB-nin üzvü, yazıçı

(əvvəli BU LİNKDƏ)

Qeyd: Bu esseni vaxtilə Mədəniyyət Tv-də yayımlanan, müəllifi olduğum “Sətirlər” verilişinin, “Baharda doğulanlar” rubrikasının ssenariləri əsasında yazmışam.

Bir bayram günündə insana nə hədiyyə edərlər əcəba?.Mübarək Novruz, Bahar bayramımızı nəzərdə tuturam.Nə bəxşiş edərlər insana? Evdə bişirilən şirniyyatından, qoğalından, şəkərburasından, paxlavasından,

qovurğasından xonça düzəldib pay verərlər qonu-qonşuya, tanış-bilişə, qohum-əqrabaya.Bir Tanrı hədiyyəsi isə bunlarla kafi olmaz.20 mart 1899-cu ildə bizə - xalqımıza əta edilən bəxşişin, hədiyyənin adı Cəfər Cabbarlıdır.Bu həddiyyəyə ehtiyacımız hər zaman var.

Cəfər Cabbarlı kimi ədəbi dühaların gücü və qüvvəsi bəs edər ki, bizi sevməyənlərin gün-güzəranı xəcil olsun.19-cu əsrin son təqvim ilində, fəsli-zimistana vida söyləyən Xızı dağlarının xəcalətli yox, əksinə rəşadətli və bir qədər də özündən müştəbeh görünməsinin səbəbi Cəfər Cabbarlıyla bağlı imiş. Sən demə, köhnə ildən qalan təbiət, təzə ili qarşılamaq naminə Cəfərin pişvazına çıxacaq, öncə onun bayramını qutlayacaq, mübarək elimizə sonra təşrif buyuracaqmış.Qos-qoca Xızı dağları yüz illərin bayatısını sinəsində sən demə Cəfər üçün bəsləyırmiş.Bu pərvərişlə Xızı dağlarıyla bir məqama yetişən ulu misralarımız gələcəyin ünlü sənət adamı üçün bu sayaq söylənməzmi?

Bu dağlar ozan yeri,

Aşığın azan yeri.

İlan ollam, öpərəm,

Ayağın gəzən yeri.

deməzmiydi Cəfərinə?

127 il öncə Xızıda - Qafar kişinin ocağında, daha konkret desək, daxmasında doğulmuşdu.Meşədən odun qırıb satan, külfətini halal zəhmətiylə dolandıran kasıb bir insanın var-dövləti dünyaya gəlmişdi.Körpənin dünyaya təşrifinin bəşarətçisi Qafarın bacısı, Cəfərin bibisi Zərnişan idi.Ard-arda körpələrini itirən Cəfərin anası Şahbikə üçün bu xəbər yaralarına məlhəm olmuş, bala acısını qismən də olsa soluxdurmuş, övladlarıyla bağlı ümid alovunu bir daha körükləmişdi.Ailənin sağ qalan

dördüncü övladının bəxti əməlli başlı kəc gətirmiş, atasızlığın tamını 3 yaşında dadmışdı balaca Cəfər.

Bayatı ay bayatı,

Gəz bu eli-elatı...

-deyibən yaz təvəllüdlü ədiblərimizi zəngin folklorumuzun nümunələri ilə çağırsaq, bizdən küsən də tapılmaz.Qorx o kəslərdən ki, çağıra bilmirlər, dad o adamların əlindən ki, lal-pitik olmaqdır peşələri.

“Şücaətim”,”Eşidənlərə”adlı ilk şeirləri “Həqiqəti-əfkar” qəzetində nəşr olunanda hələ 1911-ci il idi.Müxtəlif təxəllüslərlə çıxış edir, “Cabbarzadə” soyadı ilə hekayələr nəşr etdirirdi.”Vəfalı Səriyyə”,”Solğun çiçəklər”,”Nəsrəddin şah”,”Ədirnə fəthi” yeniyetmə çağlarının nəsr nümunələridir.Hələ Gülüşlər, Sevillər, Balaşlar, Almazlar qarşıdakı dayancaqda intizarla ədibi gözləyirlər.Tədricən, aram-aram püxtələşən Cəfər Cabbarlının pyes qəhrəmanları olmaq üçün növbəyə, sıraya düzülmüşlər sanki.”Karvanı malı ilə, sarvanı şalı ilə yeyən” Dilbər xanımların, yəni Edilyaların işvəli baxışları Balaşın ahını alacaqmış, müflis edib onu naçar duruma salacaqmış ki, Balaşın qarasıyca ”Nə coraba yumaqdır, nə yırtığa yamaq” - deyənlər tapılsın.“Gör nə günlərə qaldın, öz cəzandı çək Balaş” - deyəcək, beləcə bir ədabazın taleyini qarğıyıb, azarladığı günləri hələ ona dərs olacaqmış.Sevilin timsalında qadın azadlığı yox, şəxsiyyət azadlığının təntənəsi gənc ədibin ruhuna sızmış, istiqlalçılıq, hürriyyət, müasirlik ideyası ürəyini fəth etmişdi. Yurdumuzu sevməyənlərə, istilaçılara haqq səsini hayqıraraq - “Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım”- deyibən Azərbaycan bayrağını qəlbinə sıxmağı, Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
icma.az

1Mənbələr