AZ

“Ukrayna-Rusiya danışıqları gələn həftəyə təxirə salındı” – Tramp xahiş edib…

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin təşəbbüsü ilə Ukrayna, Rusiya və ABŞ arasında keçirilməsi planlaşdırılan üçtərəfli sülh danışıqları gələn həftəyə təxirə salınıb.

“7Times.az” xəbər verir ki, Ukrayna lideri bunu jurnalistlərin suallarını onlayn cavablandırarkən deyib. Onun sözlərinə görə, görüşün Türkiyədə çərşənbə axşamı və ya çərşənbə günü keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən danışıqların vaxtı dəyişdirilib.

Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti görüş üçün hazır idi: “Biz Türkiyəyə getməyə hazır idik. Məhz Amerika tərəfi danışıqları təxirə saldı və dedi ki, gəlin gələn həftə keçirək. Hazırda mövcud olan məlumat budur”.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi və Donald Trampın əsas müşavirlərindən biri olan Stiv Uitkoff da CNBC telekanalına müsahibəsində bildirib ki, Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların böyük ehtimalla gələn həftə keçirilməsi gözlənilir.

“AzPolitika.info”

Seçilən
45
1
7times.az

2Mənbələr