Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Yel çərşənbəsi münasibətilə "Anglo Asian Mining" (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator, AAM) şirkətinin yeraltı mədənlərində olub.
"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, AAM şirkəti Azərbaycanın dağ-mədən sektorunun inkişafına və qlobal enerji keçidi üçün vacib mineralların təmin edilməsinə mühüm töhfə verir.
"Mən Yel çərşənbəsini "Anglo Asian Mining" şirkətinin yeraltı mədənlərində keçirdim. Onların səmərəli, məsuliyyətli qızıl və mis hasilatı "Xalis Sıfır" keçidi üçün mineralın təmin olunmasına töhfə verərək, bu şirkəti Azərbaycanın qeyri neft-qaz sektorunda aparıcı ixracatçısına çevirib", - səfir qeyd edib.