AZ

Çində avtomobil satışları azalıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çində fevral ayında avtomobil satışları və ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % azalaraq son iki ilin ən böyük enişini göstərib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ölkə daxilində satışlar 34,2 % azalaraq 950 min avtomobilə düşüb.

Azalma əsasən, mövsümi amillər və stimullaşdırıcı tədbirlərin azalması ilə əlaqələndirilir.

Qeyd edək ki, Çində Yeni il tətillərinin vaxtının dəyişməsi də istehsal və satış göstəricilərinə təsir edib. Nəticədə ilin ilk iki ayında avtomobil satışları və ixrac ümumilikdə 10,7 % azalıb.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr