AZ

Məsud Pezeşkianın oğlu Müctəba Xameneinin son durumunu açıqladı

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsində yaralanması barədə iddialara münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, məlumatın yalan olduğunu bildirib.

Y.Pezeşkian deyib ki, Müctəba Xameneinin səhhətində heç bir problem yoxdur:

“Əlaqədə olan dostlarımdan soruşdum. Dedilər ki, Xamenei Allahın köməyi ilə sağ-salamatdır və heç bir problem yoxdur”.

Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.

İslam Respublikasının Ekspertlər Şurası martın 9-da Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.

Lakin o, indiyədək ictimaiyyət qarşısına çıxmayıb. Nəticədə Müctəba Xameneinin durumu ilə bağlı çoxlu şayiələr yayılıb. Bəzi iddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər ağır yaralanıb, əməliyyat olunub və hazırda xəstəxanadadır.

İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında Müctəba Xameneinin mədəsindən və ayağından ciddi zədə aldığı barədə paylaşım edib.

İran rəsmiləri Ali Rəhbərin durumu barədə heç bir açıqlama vermıyiblər.\\“Yeni Sabah”

Seçilən
109
2
nocomment.az

3Mənbələr