AZ

Rubio bu ölkənin XİN rəhbəri ilə danışdı: İrana qarşı YENİ QƏRARLAR verilə bilər

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, tərəflər danışıqlar zamanı krallığın müdafiə qabiliyyətinin gücləndirilməsi və İrana qarşı mümkün tədbirləri müzakirə ediblər.

Məlumata görə, telefon danışığı zamanı regiondakı təhlükəsizlik vəziyyəti və İranın fəaliyyəti fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarının artırılması məsələsinə xüsusi diqqət yetirilib.

ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunur ki, ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanının xarici işlər naziri İranın krallıq ərazisindəki obyektlərə qarşı davam edən hücumları fonunda ölkənin müdafiə qabiliyyətinin necə gücləndirilə biləcəyini müzakirə ediblər.

Aliyə

NOCOMMENT.az 

Seçilən
33
nocomment.az

1Mənbələr