Braziliyanın “Sport Resifi” klubunun futbolçusu Marselo Ajul “Qarabağ”ın maraq dairəsinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi 23 yaşlı müdafiəçi ilə Pernambukanu ştat çempionatının finalından əvvəl ilkin danışıqlar aparıb. Lakin “Qarabağ”ın təklif etdiyi maliyyə şərtləri Braziliya klubunu qane etməyib.
Cari mövsümdə 7 oyunda 2 qol vuran Ajul “Nautiko” ilə final matçında da (3:0) meydanda olub. Onun “Sport Resifi” ilə müqaviləsi 2027-ci ilin sonuna qədər qüvvədədir.
Futbolçunun bazar dəyəri təxminən 100 min avro qiymətləndirilir.