AZ

Müctəba Xamenei sağdırmı? – Fakt və müəmma

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulu halda xəstəxanada olduğu barədə məlumat yayılıb.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, onun 28 fevralda, İranın mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahına edilən zərbələr zamanı ağır yaralandığı iddia edilir.

Bu informasiya məntiqli görünür. Çünki Əli Xameneinin iqamətgahına edilən hücumda qızı, kürəkəni, nəvəsi və gəlininin də öldüyü bildirilmişdi. 2 martda isə məlumat yayıldı ki, Əli Xameneinin zərbələr zamanı yaralanan həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadə də dünyasını dəyişib.

Əli Xameneinin ailə üzvlərinin öldüyü və yaralandığı bir zərbədə ikinci oğlu Müctəba Xameneinin də yaralanması mümkündür. Amma bunun rəsmi təsdiqi və real təkzibi yoxdur.

Ona görə də Müctəba Xamenei ilə bağlı müəmmalar artıb:

1. Niyə 28 fevral zərbələrindən sonra Müctəba Xameneinin heç bir görüntüsü yayılmayıb?

2. 3 martda Ekspertlər Şurasının M.Xameneini yeni ali rəhbər seçdiyi bildirilsə də, SEPAH-a yaxın media qurumları məlumatı təkzib etdi və seçimlərin davam etdiyini bildirdi. M.Xameneinin lider seçildiyi 8 martda elan edildi. Qərarın açıqlanması 5 gün niyə ertələnməli idi? M.Xameneinin kritik durumdan çıxmasınımı gözləyirdilər?

3. Müctəba Xameneinin rəhbər seçildiyi məclisdən görüntülər yayıldı. Həmin məclisdə M.Xamenei niyə yox idi?

4. M.Xamenei artıq 3-cü gündür ki, yeni ali rəhbərdir. 3 gün ərzində onun heç bir video-müraciəti və çıxışı olmayıb. Yeni ali rəhbər kimi ən azı çox qısa da olsa, xalqa müraciət etməsi daha doğru olmazdımı?

5. İndiyə qədər heç bir xarici ölkə rəhbəri ilə telefon əlaqəsi olmayıb, heç kimdən təbriki şəxsən qəbul etməyib, ölkə daxilində heç bir qurum Müctəba Xameneidən şəxsən təlimat aldığını açıqlamayıb, dövlət strukturlarından heç biri yeni rəhbərə istinadla addım atdığını elan etməyib. Yeni rəhbər niyə fəaliyyətə başlamayıb?

6. İran rəsmiləri Müctəba Xameneinin sağ-salamat və işinin başında olmasını təsdiqləmək üçün heç bir addım atmayıb, yayılan fotoları da təkzib etməyib, ümumiyyətlə, reaksiya verməməyə çalışır. Niyə?

Bütün bunlar M.Xamenei ətrafında ehtimalların çoxalmasına şərait yaradır. Buna baxmayaraq, daha bir məntiqi sual da var: Əgər deyildiyi kimi, çox ağır durumdadırsa və süni tənəffüs aparatına qoşulubsa, Ekspertlər Şurası niyə yarımcan bir şəxsi rəhbər seçməli idi?

Seçilən
24
2
konkret.az

3Mənbələr