“Qarabağ”dan ayrılan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan MLS təmsilçisi “Kolambus Kryu”nun (“Columbus Crew”) düşərgəsinə qoşulub.
"Yeni Sabah" xəbər verir ki, ABŞ klubu sosial şəbəkə hesablarında 21 yaşlı hücumçunu azarkeşlərinə təqdim edib.
Axundzadə artıq ilk məşqinə də çıxıb.
Xatırladaq ki, N.Axundzadə fevralın əvvəlində Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqavilə imzalayıb.
Telegram kanalımız