AZ

İran münaqişəsi dünyada kükürd qıtlığına yol açıb

Bakı. Trend:

İrandakı münaqişə səbəbindən dünyada kükürd tədarükündə yarananfasilələr artıq qiymətlərin artmasına səbəb olub və gələcəkdə birsıra sahələrə təsir göstərə bilər.

Trend xəbər verirki, bu barədə “Financial Times” yazır.

Nəşrin məlumatına görə, Hörmüz boğazı vasitəsilə gəmiçilik deməkolar ki, dayandırılıb ki, bu da kükürdün - neft və qazın emalındanəldə olunan yan məhsulunun tədarükünü məhdudlaşdırıb.

Bu resurs gübrələrin, kimyəvi maddələrin, metallərin vəmikroçiplərin istehsalında geniş istifadə olunur.

Qəzet yazır ki, ən böyük istehlakçı Çin bazarında kükürdün birtonunun qiyməti münaqişənin başlanğıcından etibarən 15% artaraqrekord səviyyəyə – 4,65 min yuan ($672) – çatıb.

“CRU Group” analitiklərinin qiymətləndirməsinə görə, Farskörfəzi ölkələri dünya kükürd ixracatının təxminən 45%-ni təminedir. Ekspertlər qeyd edirlər ki, tədarükdəki fasilələr qlobaltəchizat zəncirlərinə təzyiqi artıraraq gübrə, metallurgiya vəelektron sənaye məhsullarının qiymətlərinin daha da yüksəlməsinəsəbəb ola bilər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
74
az.trend.az

1Mənbələr