Ukraynanın Rusiyanın Bryansk vilayətinə 7 "Storm Shadow" raketi atdığı məlum olub.
Herbiand.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.
O, raket hücumu nəticəsində yaralananların 42 nəfərə çatdığını söyləyib.
Qeyd edək ki, martın 10-da Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayəti raket atəşinə tutulub. Rusiya tərəfi raket zərbələri nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.