Məhəmməd Salah “Liverpul”un heyətində Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”a qarşı ilk oyununa start heyətində çıxıb.
Msport.az xəbər verir ki, bu, misirli futbolçu üçün seçmə mərhələləri nəzərə alınmadan “Liverpul” forması ilə Çempionlar Liqasında 81-ci oyun olub.
Beləliklə, cinah oyunçusu “qırmızılar”ın sabiq müdafiəçisi Ceymi Karragerin rekordunu (80 oyun) geridə qoyub.
Adətən Çempionlar Liqasındakı qollar, oyunlar və digər statistik rekordlar seçmə mərhələlərinin oyunları nəzərə alınmadan hesablanır. Seçmə mərhələləri də daxil edildikdə isə Salahın “Liverpul”la ÇL-də 83 oyunu, Karragerin isə 91 oyunu var.
Qeyd edək ki, “Qalatasaray” “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.