AZ

“Roskosmos” BKS in orbitdən çıxma və 2030 cu ildə okeana enmə planlarını təsdiqləyib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 11 mart, AZƏRTAC

Rusiyanın “Roskosmos” agentliyinin baş direktoru Dmitri Bakanov “Razvedçik” jurnalına müsahibəsində bildirib ki, Beynəlxalq Kosmik Stansiya (BKS) 2030-cu ildə okeana enməzdən əvvəl 2028-ci ildə tədricən orbitdən çıxmağa başlayacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, D.Bakanov bildirib: “İlk növbədə, biz Beynəlxalq Kosmik Stansiya layihəsi üzərində işləyirik; onun birgə fəaliyyətinə bir neçə il qalıb. 2028-ci ildə stansiyanın tədricən orbitdən çıxarılmasına başlayacağıq və sonradan, 2030-cu ildə onun okeana enməsi planlaşdırılır”.

Bakanov bildirib ki, Rusiya Orbital Stansiyasının (ROS) ilk modulunun Baykonur kosmodromundan 51,6 dərəcəlik orbitə buraxılması da 2028-ci ildə planlaşdırılır. Daha sonra universal qovşaq və keçid modullarının da həmin kosmodromdan buraxılması nəzərdə tutulur.

NASA-nın “Ceyms Vebb” kosmik teleskopunun yeni müşahidələrinə görə, daha əvvəl ABŞ kosmik agentliyi YR4 asteroidinin 2032-ci ildə Ay ilə toqquşma ehtimalını istisna etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
1
azertag.az

2Mənbələr